ABŞ-dan Rusiyaya yeni — ZƏRBƏ

14-06-2017, 08:14           

ABŞ-dan Rusiyaya yeni — ZƏRBƏ

ABŞ konqresi Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini təqdim edib.

"Ölkə.Az" xəbər verir ki, yeni layihəyə görə, sanksiyalar bu dəfə Rusiya banklarına tətbiq edilə bilər. Qanun təsdiq olunarsan, bu zaman amerikalı biznesmenlər və şirkətlər Rusiya bankları ilə maliyyə əməliyyatları aparmayacaq. Qadağalar 90 gün müddətinə nəzərdə tutulub.

Yeni qanun layihəsində həm də nəzərdə tutulub ki, Rusiya enerji maliyyələşdirmələrinə də qadağalar tətbiq edilsin. Bu sahədə tətbiq ediləcək qadağalar 30 gün müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya ilə Qərbin münasibətləri 2014-cü ildə Ukrayna-Krım məsələsinə görə pisləşdi. ABŞ və Avropa Birliyi Rusiyaya qarş sanksiyalar tətbiq etməyə başladı. ABŞ-ın 44-cü prezidenti Barak Obama hakimiyyətinin son günlərində Rusiyaya qarşı ardı-ardına 100-ə yaxın sanksiyalar tətbiq edib. Rusiya hökuməti isə ABŞ-ın 45-ci prezidenti Donald Trampın həmin sanksiyaları yüngülləşdirəcəyi, yaxud ləğv edəcəyi barədə ümid etsələr də, son baş verənlər Putin hakimiyyətinin bu arzusunu “ürəyində” qoydu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru