Stokholmda terror xofu — yük maşını ilə piyadaları hədəfə aldılar + FOTO

14-06-2017, 08:17           

Stokholmda terror xofu — yük maşını ilə piyadaları hədəfə aldılar + FOTO

İsveçin paytaxtı Stokholmda böyük təşviş yaşanıb.

"Ölkə.Az" xəbər verir ki, naməlum şəxs idarə etdiyi yük avtomobilini piyadaların üzərinə sürüb.

Stokholm təhlükəsizlik idarəsinin internet səhifəsində bildirilib ki, hadisənin səhər saatlarında qeydə alındığı bildirilib. Vurğulanır ki, sürətlə hərəkət edən yük maşınının sürücüsü piyadaları hədəf seçib. Lakin sürücü istəyinə nail ola bilməyib. Piyadalar maşının qabağından qaça biliblər. Nəticədə yük maşını taksiyə çırpılaraq dayanıb.

Hadisə zamanı taksi sürücüsü yaralanıb. Yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları çox keçməmiş onu tutublar.

İlkin ehtimala görə, hadisə terror aktına cəhd olub. Lakin hələlik bu barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, 3 ay öncə də Stokholmda bu hadisəyə oxşar terror aktı törədilmişdi. Yük maşını sürətlə ticarət mərkəzinə girmişdi. Terror nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.