Londondakı binada baş vermiş yanğın nəticəsində 41 nəfər itkin düşüb

16-06-2017, 08:58           
Londondakı binada baş vermiş yanğın nəticəsində 41 nəfər itkin düşüb
Londonda iyunun 13-dən 14-nə keçən gecə hündür mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 41 nəfər itkin düşüb.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, məhkəmə-tibbi ekspertiza orqanının məlumatına əsasən, ölən şəxslərin kimliyinin müəyyənləşdirilməsi prosesi yanmış meyitlərin qalıqlarının vəziyyətindən asılı olaraq bir neçə həftə və ya ayadək uzana bilər.

Bundan başqa, meyitlərin axtarışına da xeyli vaxt sərf ediləcək.

Xatırladaq ki, Londonun qərbindəki 24 mərtəbəli binada baş vermiş yanğın nəticəsində azı 17 nəfər ölüb, 79 nəfər xəsarət alıb, onlardan 17 nəfərinin vəziyyəti ağırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru