ABŞ Suriyada HİMARS raket qurğuları yerləşdirib

16-06-2017, 09:02           
ABŞ Suriyada HİMARS raket qurğuları yerləşdirib
ABŞ Suriyanın At Tanfa rayonunda yaratdığı xüsusi əməliyyat qüvvələrinin bazasına HİMARS zenit-raket kompleksləri yerləşdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qurğuların İordaniyadan gətirildiyini qeyd edir.

Nazirlik qeyd edir ki, istənilən hərbi texnikanın Suriyada yerləşdirilməsi rəsmi Dəməşqlə razılaşdırılmalıdır.

Rusiya Müdafiə Nazirliyi ehtimal edir ki, uzaqmənzilli HİMARS zenit-raket kompleksləri İŞİD-lə mübarizə aparan “Suriya Demokratik Qüvvələr”ə dəstək üçün ölkəyə gətirilməyib. Qurumda ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya hökumət qüvvələrinə dəfələrlə zərbələr endirdiyi bildirilir.

“Suriya ordusuna gələcəkdə analoji zərbələrin endiriləcəyini ehtimal etmək olar. Bu hücumlarda HİMARS zenit-raket komplekslərinin istifadə ediləcəyi istisna olunmur. ABŞ Suriyada hansı məqsədləri güdür? Amerikalı hərbçilər əslində kimə qarşı mübarizə aparmaq niyyətindədirlər?”, - deyə qurumdan bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru