Pentaqon Əfqanıstana əlavə 4 min hərbçi göndərəcək.
16-06-2017, 09:04
Pentaqon Əfqanıstana əlavə dörd min hərbçi göndərəcək.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdəki mənbə bildirib.
Müvafiq qərarın gələn həftə elan olunacağı gözlənilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Pentaqonun rəhbəri Ceyms Mettisə Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının müəyyənləşdirilməsinə dair səlahiyyətlər verib.
Hazırda Əfqanıstanda 8 400-dək amerikalı hərbçi var.