Venesuelada dörd nazir öz postunu tərk edib

16-06-2017, 09:09           

Venesuela prezidenti Nikolas Maduro dörd nazirin istefasını qəbul edib.

Trend-in RİA Novosti-ya istinadən verdiyi xeberə görə, bu qərar onlara təsis yığıncağı seçkilərində iştirak imkanı yaratmaq üçün verilib.

Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, istefanı penitensiar sisteminin işləri üzrə nazir İris Varela, kommunaların işləri üzrə nazir Aristobulo İsturis, mərhum Ugo Çavesin böyük qardaşı və mədəniyyət naziri olan Adan Çaves və hindu xalqlarının işləri üzrə nazir Aloa Nunyes veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru