Bir azdan hər kəsə aydın olacaq ki... – Putin

16-06-2017, 09:54           

Baltikyanı və Şərqi Avropa ölkələrinə təhdid elə NATO-nun özündən gəlir. NATO gəldiyi ölkənin rəhbərinə izn vermir ki, alyansın qərarlarına müdaxilə etsin.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

“Bu gün ABŞ Avropada Şərqi Avropa ölkələrinin hesabına öz təsir gücünü artırır. Bir azdan hər kəsə aydın olacaq ki, Rusiya tərəfindən Baltikyanı ölkələr və ya Şərqi Avropa ölkələrinə hansısa təhdid yoxdur. Tezliklə bu dövlətlərin hər biri öz suverenliklərini gücləndirməyə çalışacaqlar. Heç bir dövlət uzun müddət xarici təyziq altında yaşamayacaq”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru