Eritreya Cibuti ilə sərhəddəki mübahisəli torpaqları ələ keçirib

16-06-2017, 22:26           
Eritreya Cibuti ilə sərhəddəki mübahisəli torpaqları ələ keçirib
Qətər öz sülhməramlı qüvvələrini çıxardıqdan sonra Eritreya Cibuti ilə sərhəddə yerləşən mübahisəli ərazini ələ keçirib.

SalamNews-un xəbərinə görə, bu barədə “Reuters” agentliyinə Cibutinin xarici işlər naziri Mahmud Əli Yusif məlumat verib.

“Qətər sülhməramlıları 12-13 iyunda geri çağırılıblar. Elə həmin gün Eritreya hərbçiləri irəliləyiblər. Onlar hazırda Dumeyra dağı və Dumeyra adasına tam nəzarət edirlər.”, - nazir bildirib.

Bundan əvvəl Qətərin XİN rəhbəri KİV-də ölkənin 2008-ci ildən yerləşdirilmiş sülhməramlı qüvvələrini Cibuti və Eritreya sərhədindən geri çağırdığı barədə yayılan məlumatın həqiqiliyini təsdiqləyib.

Bildirək ki, Cibuti və Eritreya arasında ərazi münaqişəsi 2008-ci ildə yaranıb. Tərəflər 2010-cu ildə Qətərin paytaxtı Dohada sülh barədə saziş imzalayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru