Qətər Səudiyyə kralına sui-qəsddə ittiham olunur

17-06-2017, 08:59           

Sәudiyyә Әrәbistanı kral mәhkәmәsinin mәslәhәtçisi, Medya vә İşlәr Mәrkәzi Araşdırmalar mәrkәzinin baş katibi Saud Al-Qahtani keçmiş Liviya prezidenti Muammәr Qәzzafi ilә Qәtәrin keçmiş әmiri Hamad bin Halife El-Thaninin keçmiş Sәudiyyә prezident Abdullah bin Abdulaziz el-Suuda qarşı olan bir neçә il öncәki sui-qәsd planlarını açıqlayıb. Әl-Qahtaniyә görә bu plan 2003-cü ildә Misirdә Şarm әl Şeyxdә keçirilәn әrәb zirvәsindә başlayıb. Qәzzafi prens Abdullahdan qisas almaq üçün Qәtәr әmiri Hamaddan kömәk istәyib vә Hamad da onunla razılaşıb. Daha sonra iki ölkәnin kәşfiyyatı Dohada görüş barәdә razılaşıblar. Qeyd edәk ki, Sәudiyyәnin keçmiş kralı Abdullah Liviya prezidenti Qәzzafiyә çox sәrt reaksiya göstәrib vә deyib ki, “sizi qәrb gәtirib hakimiyyәtә”, “sizi tam olaraq kim güclü edib?”. Mәlumatda Qәtәrin Londonda yaşayan Sәudiyyәli müxalifәtçi, Әrәbistan İslami İslahatlar Hәrәkatının üzvü Әl-Faqihi ilә sui-qәsd barәdә razılaşdığı göstәrilib. ABŞ 2004-cü ilin dekabrında Әl Fәqihin Әl-Qaidә terror tәşkilatına üzv olduğunu cә 1998-ci ildәn әlaqәdә oıduğunu açıqlamışdı. Bu açıqlamaları Әl Qahtani tvitter hesabından paylaşıb. O, bildirib ki, sonra daha geniş mәlumatlar paylaşacaq.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru