Portuqaliyada meşə yanğınları zamanı 24 nəfər ölüb
18-06-2017, 08:47
Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları nəticəsində 24 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Antoniu Koşta bildirib.
İki nəfər itkin düşüb. Ölənlərin sayının artacağı istisna olunmur.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.