Fransada tanınmış ispan matadoru korrida zamanı faciəvi şəkildə ölüb

18-06-2017, 08:49           
Fransada tanınmış ispan matadoru korrida zamanı faciəvi şəkildə ölüb
Fransanın İspaniya ilə həmsərhəd Mon de Marsan kommunasında tanınmış ispaniyalı matador İvan Fandinyo korrida zamanı faciəvi şəkildə ölüb.

APA-nın “Mirror”a istinadən verdiyi xəbərə görə, 36 yaşlı matador korrida zamanı büdrüyərək yerə yıxılıb. Öküz onu havaya tullayaraq buynuzu ilə vurub döş qəfəsini dəlib.

Ağ ciyərindən ağır xəsarət alan matadoru xilas etmək mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.