Putin: “Rusiya Avropa ilə birlikdə olmağa hazırdır”

18-06-2017, 08:53           
Putin: “Rusiya Avropa ilə birlikdə olmağa hazırdır”
“Rusiya Avropa ilə birlikdə olmağa hazırdır. Bunu vaxtı ikən ötən gün vəfat etmiş Almaniyanın sabiq kansleri Helmut Kol da arzulamışdı”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Kol deyirdi ki, əgər biz güc qüvvələrinin daim böyüdüyü dəyişkən dünyada bəşəriyyətimizi qorumaq istəyiriksə, bu halda Avropa və Rusiya birlikdə olmalıdırlar”, - deyə Putin bildirib.

“Biz buna hazırıq, bizim tərəfdaşlar da buna hazır olmalı, keçmişin fobiyalarından qurturmalıdırlar”, deyə Putin qeyd edib.

Almaniyanın sabiq kansleri Helmut Kol iyunun 16-da 87 yaşında vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru