Bu, ABŞ üçün böyük rüsvayçılıqdır - General

18-06-2017, 10:03           

ABŞ-ın Əfqanıstanda 16 ildir davam edən müharibədə faktiki olaraq heç nə əldə edə bilməməsi əsl rüsvayçılıqdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Qərargah rəisinin keçmiş müavini, general Cek Kin “Foks Nyus” telekanalına verdiyi açıqlamada deyib.

Amerikanın Əfqanıstandakı hərbi kontingentini artırmaq qərarını şərh edən general bunun düzgün addım olduğunu, lakin vəziyyətin ABŞ-ın xeyrinə dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə, Pentaqon regional qarşıdurmadan qalib ayrılmaq üçün hərbi qüvvələrinə ən azı 10-20 min əsgər əlavə etməlidir.

Xatırladaq ki, hazırda Əfqanıstan ərazisində xidmət keçən ABŞ hərbçilərinin sayı 8400 olaraq göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru