Əfqanıstanda terrorçular polis idarəsinə hücum edib: ölənlər və yaralananlar var

18-06-2017, 12:31           
Əfqanıstanda terrorçular polis idarəsinə hücum edib: ölənlər və yaralananlar var
Əfqanıstanın şərqindəki Paktiya vilayətində 5 terrorçu kamikadze polis idarəsinə hücum edib.
"Report"un məlumatına görə, bu barədə "Tolo News" telekanalı xəbər verib.
Xəbərdə bildirilir ki, onlardan biri özünü polis idarəsinin yaxınlığındakı dayanacaqda partladıb. Digərləri isə idarəyə soxulmağa cəhd ediblər.
Atışma zamanı onlardan üçü öldürülüb. Lakin təhlükəsizlik qüvvələri ilə atışma hələ davam edir.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hücum zamanı iki polis əməkdaşı həlak olub. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
"Pajvak" agentliyi isə hücum zamanı 4 nəfərin həlak olduğunu, 25 yaralının olduğunu xəbər verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.