Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 39 nəfərə çatıb

18-06-2017, 12:40           
Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 39 nəfərə çatıb
Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

Bundan əvvəl meşə yanğınları zamanı 24 nəfərin öldüyü açıqlanmışdı.

Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib.
***

saat 06.56

Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları nəticəsində 24 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Antoniu Koşta bildirib.

İki nəfər itkin düşüb. Ölənlərin sayının artacağı istisna olunmur.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.