«Qara dənizin rəngi dəyişir» - NASA alimləri bildirirlər

19-06-2017, 09:39           
«Qara dənizin rəngi dəyişir» - NASA alimləri bildirirlər
NASA alimləri bildirirlər ki, Qara dənizin rəngi dəyişir. «Aqua satellite» kosmik peykindən alınmış fotoşəkillərdən görünür ki, əvvəllər tutqun-göy rəngində olan dəniz fitoplanktonun kütləvi çoxalması nəticəsində indi firuzə rəngi alıb – dənizdə firuzə rəngli böyük ləkə diqqəti çəkir.
«Fox News»-un məlumatına görə, ən parlaq rəng çaları Rumıniya, Bolqarıstan və Ukrayna sahillərində qeydə alınıb.
Mütəxəssislərin məlumatına görə, əvvəllər kosmosdan çəkilmiş şəkillərdə Qara dəniz tutqun-göy rəngində olub. Rəngin dəyişməsi fitoplanktonun kütləvi axınının nəticəsidir. Bundan başqa, dənizin suyunda oksigenin miqdarı kəskin şəkildə azala bilər ki, bu da dəniz canlılarının kütləvi məhvinə gətirib çıxarar.
Məlumat üçün bildirək ki, fitoplanktolara birhüceyrəli yosunlar və sianobakteriyalar aiddir. Onlar Günəş işığı və suda həll olmuş qidalı maddələrlə qidalanırlar. Fitoplankton həm də molyuskalar və daha böyük balıqlar üçün qida rolunu oynayır.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru