Rusiya NK Ermənistanla birləşmiş qoşun qrupu haqqında sazişi təsdiqləyib

19-06-2017, 16:54           
Rusiya NK Ermənistanla birləşmiş qoşun qrupu haqqında sazişi təsdiqləyib
Rusiya hökuməti Ermənistanla birləşmiş qoşun qrupu haqqında sazişi təsdiqləyərək, ratifikasiyaya çıxarılması üçün ölkə prezidentinə yollayıb. Sözügedən sənəd rəsmi hüquqi məlumat internet-portalında dərc edilib.

Bu barədə SalamNews TASS-a istinadla xəbər verir.

“Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ona üzv olan dövlətlərin təhlükəsizliyinin qarantı kimi rolunu möhkəmləndirəcək, onun çağırışlar və təhlükəsizliyə təhdidlərə qarşı fəaliyyət üzrə beynəlxalq səylərə verdiyi töhfənin artırılmasına yardımçı olacaq. Bu kontekstdə Ermənistan və Rusiya silahlı qüvvələri birləşmiş qoşun qrupunun yaradılması böyük əhəmiyyət kəsb edir.", - bəyanatda söylənilir.

Sözügedən saziş 2016-cı il noyabrın 30-da Moskvada imzalanıb.

Martın 15-də Rusiya və Ermənistan prezidentləri Vladimir Putin ilə Serj Sarqsyan Kremldə keçirilən danışıqların nəticəsi üzrə yaradılan iki ölkənin birləşmiş qoşun qrupunu yüksək dəyərləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru