Londonda terrorçusunun kimliyi açıqlandı – YENİLƏNİB / VİDEO
20-06-2017, 00:07
Londonun Finsberi rayonunda məscid yaxınlığında terror aktı törədən şəxs 47 yaşlı Darren Osborndur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sky News telekanalı məlumat yayıb.
Xatırladaq ki, ötən gecə Londonda məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.