“Əl-Qaidə” ilə əlaqəli qruplaşma Malidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20-06-2017, 09:08           
“Əl-Qaidə” ilə əlaqəli qruplaşma Malidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb
“Əl-Qaidə” ilə əlaqəli “İslam və müsəlmanlara dəstək” qruplaşması Malidə turist düşərgəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün Malinin paytaxtı Bamakoda bir qrup silahlı turist düşərgəsinə hücum edib, dinc insanları girov götürmüşdü.

Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 4 silahlı məhv edilmiş, 36 nəfər, o cümlədən 13 Fransa vətəndaşı girovluqdan azad edilmişdi.

Son məlumata əsasən, hadisə nəticəsində 4 mülki şəxs və bir hərbçi ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru