KİV: Tanınmış politoloq ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi ola bilər

20-06-2017, 09:11           
KİV: Tanınmış politoloq ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi ola bilər
Politoloq, Rusiyaya qarşı sərt mövqe tərəfdarı olan Uess Mitçell ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi təyin edilə bilər.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın “BuzzFeed” portalı məlumatlı mənbələrə istinadən məlumat verib.

Avropa siyasətinin təhlili üzrə ekspert mərkəzinin (CEPE) həmtəsisçisi U.Mitçell əvvəllər “John Hay Initiative” analitik mərkəzində çalışıb.

Qeyd edək ki, sabiq prezident Obamanın dövründə dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsini Viktoriya Nuland tuturdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru