Qətər güvəndiyi ölkələrin adlarını açıqladı

20-06-2017, 13:02           
Qətər güvəndiyi ölkələrin adlarını açıqladı
FaktXəbər-in "NTV" kanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Qətərə qarşı sanksiyaların davam edəcəyi təqdirdə rəsmi Doha güvəndiyi ölkələrin adlarını açıqlayıb. Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndən hələ də hər hansı bir tələb gəlməyib və embarqonun davam edəcəyi təqdirdə ölkəsi Türkiyə, Küveyt və Omanın dəstəyinə güvənir.

Qətərin XİN rəhbəri həmçinin deyib ki, rəsmi Doha İranın Qətər təyyarələri üçün hava məkanından uçuşlar həyata keçirməyə icazə verməsini yüksək qiymətləndirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.