Səudiyyə- İran qarşıdurması güclənir- Həbs edilən iranlılar kimdir: - diversant, yoxsa balıqçı?

20-06-2017, 19:19           
Səudiyyə- İran qarşıdurması güclənir- Həbs edilən iranlılar kimdir: - diversant, yoxsa balıqçı?
Səudiyyə Ərəbistanının dəniz qüvvələrinin həbs etdiyi 3 SEPAH-çının ölkənin “Mərcan” neft təsisatlarında partlayış törətməyə hazırlaşdığı bildirilib.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Krallığının Mədəniyyət və Media Nazirliyinin beynəlxalq əlaqələr mərkəzi məlumat yayıb.

Nazirliyin baş vermiş olayla bağlı yaydığı bəyanatında deyilir:

“Mərcan” neft təsisatında təxribat və partlayış törətməyə cəhd göstərən SEPAH qayıqlarından ikisi hadisə yerindən qaçıb məntəqəni tərk etməyə müvəffəq olsa da, dənizçilərimiz üzərində ağ və qırmızı bayraqlar olan İranın 3-cü qayığını ələ keçirə biliblər. Nəticədə 3 SEPAH-çı tutulub və onların qayığında çoxlu partlayıcı maddə və silah aşkarlanaraq götürülüb. Cinayət başında yaxalanan SEPAH-çılar hazırda Səudiyyə Krallığının təhlükəsizlik orqanları tərəfindən dindirilir”.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı “Mərcan” neft regionuna katerlə yaxınlaşan İranın 3 hərbçisinin saxlanıldığını açıqlayıb.

Tehran isə xəbəri təkzib edib və saxlanılanların iranlı balıqçılar olduğunu açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.