Erməni sürücü əvvəl rüşvət verdi, sonra şantaj elədi - VİDEO

20-06-2017, 19:22           
Erməni sürücü əvvəl rüşvət verdi, sonra şantaj elədi - VİDEO
Hadisənin təməli ötən payız Rusiya paytaxtında baş verib. FaktXeber.com-un Mash pablikinə istinadla verdiyi məlumata görə, Suren Vanesyan Moskvada son sürətlə BMW markalı avtomobilini sürüb və qarşı yola çıxıb. Patrul xidməti qanun pozucunu saxlayıb və protokol yazmağa hazırlaşıblar. Lakin Vanesyanın çox təkidindən sonra müfəttiş onu 10 min rubl müqabilində xəbərdarlıqla buraxıb.

Məlum olub ki, major polislə danışığını videoya çəkib. Daha sonra o, polislə əlaqə yaradıb və 2 milyon rubl ödəməyəcəyi təqdirdə videonu paylaşacağı ilə hədələyib.

Müfəttiş şantajçının təzyiqi ilə pulu toplayır. Lakin Vanesyan bununla razılaşmır, «susma haqqı» kimi 12 milyon istəyib. Bu miqdara gücü çatmayacağını görüb, müfttiş hökumətə təslim olub. Polis işdən çıxarılıb, Suren Vanesyan isə şantaja görə saxlanılıb.

[media=https://www.youtube.com/watch?v=XFIEAbCaXB8]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.