Brüsselin mərkəzi vağzalında partlayış törədən şəxs zərərsizləşdirilib

21-06-2017, 08:20           
Brüsselin mərkəzi vağzalında partlayış törədən şəxs zərərsizləşdirilib
Brüsselin mərkəzi vağzalında hərbçilər partlayış törədən şəxsi zərərsizləşdiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məlumat Belçika prokurorluğu tərəfindən təsdiqlənib.

Partlayıcı qurğunun naməlum şəxsin üzərində olduğu bildirilir. Yerli KİV-lər partlayış törədən şəxsin terrorçu-kamikadze olduğunu iddia edirlər. Partlayışın kassalardan birinin qarşısında baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan olmayıb. Vağzalda patrul çəkən hərbçilər operativ reaksiya verərək, həmin şəxsi zərərsizləşdiriblər.

Xatırladaq ki, 2016-cə ilin martında Brüssel aeroportu iki, metrosunda isə bir partlayış törədilib. Nəticədə 32 nəfər ölüb, 300-dən çox insan yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru