Brüssel vağzalında partlayıcı qurğu ilə zərərsizləşdirilən şəxs ölüb

21-06-2017, 08:24           
Brüssel vağzalında partlayıcı qurğu ilə zərərsizləşdirilən şəxs ölüb
Brüsselin mərkəzi vağzalında zərərsizləşdirilən “canlı bomba” aldığı güllə yarasından ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Belçika federal prokurorluqdan bildirilib.

Zərərsizləşdirilən şəxsin kimliyi barədə məlumat verilmir. Onun bombanı işə salmazdan əvvəl radikal dini şüarlar səsləndirdiyi bildirilir.

Prokurorluq insidenti terror aktı adlandırıb.

Qeyd edək ki, Brüsselin mərkəzi vağzalında hərbçilər partlayış törədən şəxsi zərərsizləşdiriblər. Partlayışın kassalardan birinin qarşısında baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb. Vağzalda patrul çəkən hərbçilər operativ reaksiya verərək, həmin şəxsi zərərsizləşdiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru