Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab tədbirləri hazırlamağa başlayıb

21-06-2017, 08:45           
Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab tədbirləri hazırlamağa başlayıb
Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab tədbirləri hazırlamağa başlayıb. Bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib. O, ABŞ-ın bu addımlarının Moskvanın kursuna təsir edə bilməyəcəyinə, Rusiya şirkətlərinin və vətəndaşlarının yeni sanksiyalardan zərər görməyəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ hökuməti Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın 38 fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

“Bu tədbirlər, Moskvanın problemin diplomatik yolla həlli istiqamətində işlər görməsi üçün Rusiyaya təzyiqi qoruyub saxlayacaq. ABŞ administrasiyası Ukraynanın suverenliyinə zəmanət verən diplomatik prosesə sadiqdir. Rusiya Minsk razılaşmalarını icra etməyənədək sanksiyalar aradan qaldırılmayacaq”, - deyə nazir vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru