Ölkəni 41 il idarə edən şəxsin nəvəsini tuturlar

21-06-2017, 10:05           
Ölkəni 41 il idarə edən şəxsin nəvəsini tuturlar
Albaniyanın məşhur kommunist lideri Ənvər Xocanın nəvəsi Ermal Xoca 13 il azadlıqdan məhrum edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb.

Qeyd edək ki, Ermal Xoca 2015-ci ilin yanvarında həbs olunub. O, Qərbi Avropa ölkələrinə kokain ötürən cinayət qruplaşmasının yaradılmasında ittiham olunub. Xoca ilə bərabər cinayət işində daha 8 nəfər ittiham olunur.

Ənvər Xoca Albaniyanın məşhur kommunist lideridir. O, Albaniyanı 1944-cü ildən 1985-ci ilə qədər idarə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru