Rusiya polisi erməni yalanını ifşa etdi

21-06-2017, 21:34           

Rusiyanın Çelyabinsk şəhərində 35 yaşlı Ermənistan vətəndaşı hücuma məruz qalması barədə polisə məlumat verib. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, o, borclarını qaytarmaq istəmədiyi üçün yalan məlumat uydurub.


Azvision.az xəbər verir ki, Çelyabinsk vilayəti üzrə Baş Polis İdarəsi mətbuat xidmətinin məlumatına görə, Ermənistan vətəndaşı ona iki nəfərin hücum etməsi və 975 min rubl, 25 min dollar və 50 min rubl dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə şikayət ərizəsi yazıb.

Bundan sonra hüquq-mühafizə orqanları hadisə ilə bağlı “Quldurluq” maddəsi ilə cinayət işi qaldırıblar. Şəhərdə ona hücum edən şəxslərin axtarışı üçün əməliyyat tədbirlərinə başlanıb. Lakin sonradan hadisənin uydurma olduğu ortaya çıxıb.

Ermənistan vətəndaşı Rusiya hüquq-mühafizə orqanlarının diqqətini bundan əvvəl də cəlb edib. Bir müddət əvvəl onun barəsində avtomobil təmiri adıyla 100 min rubl oğurlaması ilə əlaqədar “dələduzluq” maddəsi üzrə cinayət işi açılıb. Onun ölkəni tərk etməsinə qadağa qoyulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.