Dünyaca məşhur astrofizikdən qorxunc açıqlama - Başqa planetlərə köçməliyik...

22-06-2017, 01:13           
Dünyaca məşhur astrofizikdən qorxunc açıqlama - Başqa planetlərə köçməliyik...
Bu gün Norveçdə təşkil olunan paneldə çıxış edən dünyaca məşhur astrofizik Stiv Havkinq çox önəmli açıqlamalar verib.

Moderator.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Havkinq bildirib ki, insanlıq yaxın zamanlarda dünyanı tərk etməlidir:

“Mən fizika qanunlarına əsasən fikir səsləndirərək bildirmək istəyirəm ki, dünya gec, ya da tez asteroid bombardmanına tutulacaq. Bu zaman planetimiz məhv olacaq və burada bir canlı da qalmayacaq. Hesab edirəm ki, insanlıq yaxın 20 ildə Marsa gedib orada baza qurmasa dünya üçün çox çətin olacaq. Bütün dünya olaraq yeni kəşflər üzərində işlənilməli, heç zaman heç kimin getmədiyi, görmədiyi yerlərə getməli, kəşflər etməliyik. İnsanlar artıq başqa planetlərə köçməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.