Kuril adalarında 5,6 bal gücündə zəlzələ baş verib
22-06-2017, 08:42
Rusiyanın Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, İturup adasından cənub-şərqdə, ocağı 50 km dərinlikdə yerləşib.
Zəlzələ yaşayış məntəqələrində hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.