Federal Təhqiqatlar Bürosu Miçiqan ştatındakı insidenti terror aktı kimi qiymətləndirib

22-06-2017, 08:57           
Federal Təhqiqatlar Bürosu Miçiqan ştatındakı insidenti terror aktı kimi qiymətləndirib
ABŞ Federal Təhqiqatlar bürosu Miçiqan ştatında baş verən insidenti terror aktı kimi qiymətləndirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə FTB-nin nümayəndəsi bildirib.

“Bu gün səhər Flint şəhərində baş verən hadisə terror aktı kimi nəzərdən keçirilir. Cinayəti törədən şəxs saxlanılarkən Suriya və İraqda baş verənlərə görə intiqam aldığını bildirib”, deyə FTB nümayəndəsi Devid Qelios qeyd edib.

Qeyd edək ki, 52 yaşlı Kanada vətəndaşı Omor Ftuyi Flint şəhərinin hava limanında polis əməkdaşına bıçaqla xəsarət yetirib. Cinayətkar saxlanılıb.
[media=https://www.youtube.com/watch?v=tFNJ1FjwGQs]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru