Dünya əhalisinin sayı və artım tempi açıqlandı

22-06-2017, 09:42           
Dünya əhalisinin sayı və artım tempi açıqlandı
BMT-nin müəyyən kriteriyalara uyğun apardığı araşdırmalara əsasən 2017-ci ildə dünya əhalisinin sayı ən azı 7.6 milyard nəfərdir.

Axar.az xəbər verir ki, təşkilat dünyada insan sayının 2050-ci ildə 9.8, 2100-cü ildə isə 11.2 milyardı keçəcəyini bildirir. Hesabata görə, hər il dünyada 83 milyon insan doğulur.

Araşdırmada dünya əhalisinin artım tepminin getdikcə aşağı düşəcəyi də qeyd edilib. Ayrı-ayrı ölkələrlə bağlı əldə edilən statistik göstəricilər Hindistan əhalisinin gələcəkdə Çini üstələyəcəyini deməyə əsas verib.

Hazırda 7-cı sırada yer alan Nigeriya isə 2050-ci ildə dünyanın 3-cü ən böyük əhalisi olan ölkə olacaq.

Qardaş ölkə - Türkiyənin isə əhalisinin sayı 2050-ci ildə 95 milyona çatacaq.

Lakin 2100-cü ildə isə bu rəqəm azalaraq 85 milyona enəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru