Çeçenistan prezidentindən Zabit Səmədova jest - VİDEO

22-06-2017, 17:59           
Çeçenistan prezidentindən Zabit Səmədova jest - VİDEO
Çeçenistanın prezidenti Əhməd Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədovun ad gününü təbrik edib. BAKU.WS xəbər verir ki, Ə.Kadırov Zabiti öz qardaşı kimi təqdim edərək sosial şəbəkədə video paylaşıb. Videoda "Mauqli” ləqəbli döyüşçümüz təsvir olunub. "Bu gün dünyanın ən məşhur kikboks döyüşçülərindən biri, əziz qardaşımın ad günüdür. "Axmat” klubunun prezidenti Zabit Səmədov parlaq qələbələri ilə adını dünya idmanına yazıb. O, bir neçə qat Dünya, Avropa, beynalxalq turnirlərin qalibi və Qran Prinin sahibir. Zabit Çeçenistanın "Axmat" klubunu çox layiqli təmsil edir. Əminəm ki, qardaşımın uğurları irəlidə olacaq. Zabitə can sağlığı və uğurlar arzu edirəm". Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov ötən gün dostları ilə ad gününü qeyd edib. Bakıda bir məclisdə dostları və yaxınları ilə birlikdə xoş gün keçirən Zabit 33 yaşını qeyd edib. İdmançımızın ad günündə milyarder Fərhad Əhmədov, millət vəkili Adil Əliyev, teleaparıcı Hacı Nuran və tanınmış idmançı İlyas Xəlilov da iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru