İŞİD terrorçusunu öldürən snayper yeni dünya rekorduna imza atdı

23-06-2017, 09:27           

Kanadanın xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçusu İraqda İŞİD terrorçusunu 3540 metr məsafədən atəşlə öldürüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.

Döyüş şəraitində dəqiqliyə görə yeni rekorda imza atan snayperin adı təhlükəsizlik məqsədi ilə açıqlanmır. Məlumdur ki, atəş “McMillan TAC-5” silahından açılıb. Hərbi qulluqçuya nişan alıb atəş açmağa 10 saniyə vaxt lazım olub.

Atəşin dəqiqliyi və məsafəsi videokamera və digər texniki vasitələrlə yoxlanılıb.

Qeyd edək ki, bundan əvvəl dünya rekordu britaniyalı snayper Kreyq Harrisə məxsus idi. O, 2009-cu ildə “Taliban” təşkilatının iki terrorçusunu 2475 metr məsafədən zərərsizləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru