Berluskoni: "Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm"

24-06-2017, 08:42           
Berluskoni: "Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm"
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ABŞ prezidenti Donald Trampdan daha çox onun xanımını bəyəndiyini deyib.
"Report" xəbər verir ki, keçmiş baş nazir bununla bağlı "La Repubblica" nəşrinə müsahibəsində bildirib.
"Trampdan daha çox Melanya, onun gözəlliyi, üslubu və cazibəsi xoşuma gəlir" – deyə o vurğulayıb.
Berluskoninin sözlərinə görə, onlar heç vaxt şəxsən tanış olmayıblar. Lakin Berluskoni qeyd edib ki, ABŞ-ın heç demokratları da Melanyanın tənqid etmirlər.
Nəşr qeyd edib ki, keçmiş baş nazir bələdiyyə seçkisinin başa çatması ərəfəsində əla vəziyyətdədir. Qeyd edək ki, Berluskoni apreldə kurort şəhəri Portofinodakı evində yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru