Venesuelada parlamentin binasına hücum olub: xəsarət alanlar var
24-06-2017, 08:43
Venesuelada prezident Nikolas Maduronun tərəfdarları olmaqda şübhəli bilinən qrup parlamentin binasına hücum edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı müxalifətin nəzarəti altında olan Milli assambleyanın bəyanatında bildirilir. Qeyd olunur ki, hadisə zamanı 4 nəfər yaralanıb. Habelə binaya maddi zərər dəyib. Qrup üzvləri binanın əsas giriş qapılarını sındıraraq içəri daxil olmağa səy göstəriblər. Onlar fişəngdən istifadə ediblər və əllərində dəyənək, daş olub. "Parlamentin dörd yaralı əməkdaşı tibbi yardım xidmətinə daxil olub", - deyə məlumatda deyilir. Venesuelada parlament hökumətin hərəkətlərinə qarşı çıxış edir.