ABŞ-da güllə yarası alan konqresmen reanimasiyadan çıxarılıb

24-06-2017, 08:47           
ABŞ-da güllə yarası alan konqresmen reanimasiyadan çıxarılıb
ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skaliz reanimasiyadan çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə “Medstar” tibb mərkəzinin məlumatında bildirilir.

S.Skalizin vəziyyəti kafidir, hazırda konqresmenin uzunmüddətli bərpa-müalicə dövrü başlanır. Bir neçə dəfə əməliyyat olunan konqresmeninin səhhəti yaxşılaşmaq üzrədir. Həkimlər ombasından yaralanan xəstənin çoxlu qan itirdiyini, daxili orqanlarının zədələndiyini bildirirdilər.

İyunun 14-də Stiv Skaliz Virciniya ştatının Aleksandriya şəhərində öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru