Əbu Bəkr əl-Bağdadinin mümkün xələflərinin adları açıqlandı.

24-06-2017, 16:40           

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin yerini, İraqın devrilərək edam edilmiş prezidenti Səddam Hüseynin ordusunda xidmət etmiş köməkçilərindən biri tuta bilər.

Terror təşkilatının rəhbərliyinə mümkün namizədlər arasında İraqın keçmiş zabitləri İyyad əl-Ubəydi və Ayyəd əl-Cuməyli var. Məlumata əsasən, adları çəkilən hər iki terrorçu Əbu Bəkr əl-Bağdadinin əvvəlki yardımçıları olmuş Əbu Əli əl-Ənbari və Əbu Ömər əş-Şişani məhv edildikdən sonra, onun ən əsas köməkçiləri oldular.

“Cuməyli Ubəydinin üstünlüyünü qəbul edir, lakin (hələ ki,) açıq-aşkar bir xələf yoxdur. Əbu Bəkr əl-Bağdadinin yerini,vəziyyətdən asılı olaraq, onlardan hər biri tuta bilər.”, - deyə bir sıra Yaxın Şərq ölkəsinin İŞİD-lə bağlı məsələlər üzrə məsləhətçisi Hişam əl-Haşimi bildirib.

Xatırladaq ki, bir müddət əvvəl məlumat yayılmışdı ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi, çox güman ki, məhv edilib. Terrorçunun may ayının 28-i Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbə nəticəsində məhv edildiyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru