Suriya ordusu Deyr-əz-Zora hücumun qarşısını alıb, 20 terrorçu öldürülüb

25-06-2017, 08:31           
Suriya ordusu Deyr-əz-Zora hücumun qarşısını alıb, 20 terrorçu öldürülüb
Suriyanın hökumət qüvvələri İŞİD terrorçularının ölkənin şimal-şərqində yerləşən və hazırda mühasirədə olan Deyr-əz-Zor şəhərinə bir neçə hücumunun qarşısını alıblar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən Suriyanın SANA milli agentliyi məlumat yayıb.
Terrorçular şənbə günü şəhərin eyni anda bir neçə rayonuna, eləcə də, şəhər müdafiəçiləri və yaraqlılar arasında müntəzəm olaraq amansız döyüşlərin getdiyi qəbiristanlıq tərəfdən hücum ediblər.
Döyüşlər zamanı Süriya ordusu 20 İŞİD terrorçusunu zərərsizləşdirib və yaraqlıları əvvəlki mövqelərinə geri çəkilməyə məcbur edib.
Hazırda şəhərin təqribən yarısı hökumət qoşunlarının nəzarəti altındadır. Yaraqlılar üç ildən çoxdur ki, həm hərbçiləri, həm də mülki şəxsləri mühasirədə saxlayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru