İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

25-06-2017, 08:32           
İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib
İngiltərənin baş naziri Tereza Mey Birləşmiş Krallıq və dünya miqyasında bütün müsəlmanların Ramazan bayramını təbrik edib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, o, müsəlmanlara bütün Britaniya xalqı adından xoşbəxtlik və dinclik dolu bir bayram keçirməyi arzulayıb.
"Bütün Britaniya xalqı adından xoşbəxtlik və dinclik dolu bir bayram keçirməyinizi arzulayıram. Ramazan bayramınız mübarək olsun", - deyə baş nazir bildirib.
Tereza Mey, Ramazan bayramı münasibəti ilə yaydığı bəyanatda, britaniyalı müsəlmanların ölkəyə nəhəng və dəyərli töhfələr verdiyini vurğulayıb.
Birləşmiş Krallığın açıq, fərqli, dərin köklü və inanclı bir demokratiyaya sahib olmasına görə qürurlandığını qeyd edən baş nazir bildirib ki, "ötən ay bir çox britaniyalı müsəlmanın yerli cəmiyyətlərə yardım etməkdən tutmuş xeyriyyə işlərinə və oruclarını başqa inanclı qonşuları ilə birlikdə açmağa qədər bir çox şeyi bölüşüblər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.