ABŞ dünyada ilk dəfə lazer silahından istifadə etdi - VİDEO
18-07-2017, 10:50
ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons System) sınaqdan keçirib.
Məlumata vurğulanır ki, bu, faktiki olaraq dünyada ilk işlək lazer silahıdır.
Silahın texniki göstəricilərinə gəldikdə isə LaWS sisteminin surəti qitələrarası ballistik raketin surətindən 50 min dəfə artıqdır. ABŞ hərbçiləri şərti hədəf qismində pilotsuz ucan aparatı seçiblər (PUA). Nəticədə vurulan PUA dənizə düşüb.