Gülnarənin 1,5 milyard dollarlıq cinayəti – TƏFƏRRÜAT

28-07-2017, 13:26           
Gülnarənin 1,5 milyard dollarlıq cinayəti – TƏFƏRRÜAT
Rəsmi Daşkənd Gülnarə Kərimovunun həbsi xəbərindən sonra Rusiya da daxil olmaqla bir sıra ölkələrə müraciət edərək mərhum prezidentın qızı ilə bağlı cinayətkar qrupun aktivlərinin həbs olunmasını istəyib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

İstintaq materiallarına əsasən 12 xarici ölkə ərazisində mütəşəkkil cinayətkar qrupun 1,394 milyard dollar, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank dəyərində aktivləri aşkarlanıb.

Hüquq mühafizə orqanları əməkdaşları İsveçrədə 777,8 milyon dollar və Koloni şəhərində dəyəri 18,5 milyon dollar olan villa aşkarlayıblar. Cinayətkar qrupun, həmçinin Fransa, Honkonq, İsveç, Böyük Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta, İspaniya və Rusiyada mülk və pulları olub.

Qeyd edək ki, Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbsi xəbəri yayılıb. Məlumata əsasən Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

"TASS" agentliyi isə yazır ki, Gülnarə Kərimova 2015-ci ildə saxlanılıb və ona beş il həbs cəzası verilib. Hazırda həbsdə olan Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru