ABŞ ordusu 4 ildə `Viagra` dərmanlarına 294 milyon dollar xərcləyib
28-07-2017, 13:48
FaktXəbər-in verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi "Viagra", "Cialis" və oxşar dərmanlara il ərzində 84 milyon dollar xərcələyir. Bu barədə "Military Times" nəşri məlumat dərc edib.
Məlumatda bildirilir ki, 2011-2014-ci illərdə ABŞ ordusunun bu dərmanlara xərclədiyi pul 294 milyon dollar təşkil edib.
Qeyd edək ki, "Viagra" tipli dərmanlara xərclənən pul, ABŞ prezidenti Donald Trampın orduyla bağlı açıqlamalarından sonra gündəmə gəlib.
ABŞ ordusunda bu tip dərmanlardan çox istifadə hərbçilər arasında cinsi problemlərin üstünlük təşkil etdiyini ortaya qoyub. "Viagra" istifadəçilərinin 10 faizinin hazırda orduda xidmət etdiyi bildirilir. İraq və Əfqanıstanın işğal proseslərindən sonra cinsi xəstəliklərlə üzləşən amerikalı əsgərlərin daha da artdığı qeyd edilir.