Lissabonda yaşayış evində partlayış olub, yaralananlar var

14-08-2017, 08:44           
Lissabonda yaşayış evində partlayış olub, yaralananlar var
Portuqaliyanın paytaxtı Lissabonda yaşayış evində partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışdan dərhal sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.