ABŞ-ın 76 milyardlıq yardımının çoxu oğurlanıb

14-08-2017, 09:19           

ABŞ ordusunun 2002-ci ildən bəri Əfqanıstan hərbçilərinin təlimi üçün etdiyi 76 milyard dollarlıq yardımın yarısından çoxu oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan kəşfiyyatının keçmiş əməkdaşı Kabil Xan Tədbir məlumat verib.

Tədbir Talibanın devrilməsindən sonra hakimiyyətə gələn rejimin özəl qüvvələri silahlandırdığını və müxtəlif növ silah və sursatı mənimsədiklərini bildirib:
“76 milyard dollarlıq hərbi yardım korrupsiya olmasaydı, Əfqanıstanın 40 illik ehtiyacını ödəyəcəkdi”.

Digər əfqan eksperti, keçmiş general Məhəmməd Arif də kiçik çaplı silahların oğurlanıb qara bazarda satıldığını, bəzən həmin silahların Talibanın əlinə keçdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru