Əfqanıstanda "Taliban" komandiri mühafizəçisi tərəfindən öldürülüb

15-08-2017, 10:39           
Əfqanıstanda "Taliban" komandiri mühafizəçisi tərəfindən öldürülüb
"Taliban" radikal hərəkatının komandirlərindən biri Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində öz mühafizəçisi tərəfindən öldürülüb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Pajwok" agentliyi xəbər verib.
Polisin məlumatına görə, "Taliban" komandirlərindən olan Fazal Sübhan və ətrafındakı nəfər 4 mühafizəçisi tərəfindən güllələnib. Hadisənin bazar günü baş verdiyi bildirilir.
Fazal Sübhan "Kaka Ci" ləqəbi ilə məşhur idi. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Xatırladaq ki, buna oxşar hadisə bir neçə gün əvvəl də baş verib. Belə ki, "Taliban" başçılarının toplantısında iki kamikadzenin törətdiyi partlayış nəticəsində hərəkatın bir neçə komandiri də daxil olmaqla, 30 silahlı öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru