Kravçuk Yanukoviçlə ovdan sonra karaoke oxuyurmuş - Tələbələr Maydanda döyüləndə...

15-08-2017, 10:42           
Kravçuk Yanukoviçlə ovdan sonra karaoke oxuyurmuş - Tələbələr Maydanda döyüləndə...
Keçmiş prezident ilk prezidenti hər şənbə ova dəvət edirmiş...


Ukraynanın ilk prezidenti Leonid Kravçuk Maydan hərəkatından sonra hakimiyyətdən devrilmiş qaçaq eks-prezident Viktor Yanukoviçlə qeyri-adi macəralarından danışıb.

Moderator.az bu haqda Ukraynanın məşhur “Qordon” nəşrinə istinadla yazır.

Sən demə, hakimiyyətinin son bir ilində Viktor Yanukoviç, demək olar ki, hər şənbə Leonid Kravçuku ova dəvət edirmiş. Bunu L.Kravçuk özü sözügedən nəşrə son müahibəsində etiraf edib. Sonuncu dəfə Ukrayna ilə Avropa Birliyi arasında Assosiasiya sazişini imzalamadan geri dönən Yanukoviç yenə də Kravçuku ova dəvət edir. Kravçukun sölərinə görə, onlar hər ikisi Kiyevdə vəziyyətin gərgin olduğunu, mitinqlərin getdiyindən məlumatlı olsalar da, yenə də ova yollanıblar. Keçmiş prezident deyir ki, Yanukoviç yaxşı atıcı idi, bir əla ingilis tüfəngi də var imiş...

Maydanda hakimiyyətə etiraz edən tələbələrin polislər tərəfindən döyüldüyü anlarda Yanukoviç və Kravçuk ətraflarındakı dost rus və ukrayınlarla birgə ovdan qayıdıb meşədəki evdə yeyib-içib istirahət edirmişlər. Hətta yaxşı səsi olan Yanukoviç karaoke (Yapon və ingilis sözlərindən düzəlmiş, “boş orkestr” mənasını verir. Öncədən xüsusi avadanlıqla yazılmış musiqi altında sevimli mahnıları oxumaq-S.L.) oxuyurmuş. Birdən adamlarından biri Maydandakı gərginlik haqda xəbər gətirib və eks-prezident təcili Kiyevə uçmalı olub... Bununla belə, L.Kravçuk hesab edir ki, Maydandakı tələbələrin döyülməsi ilə bağlı birbaşa Yanukoviç tərəfindən göstəriş olmayıb...

Xatırladaq ki, bundan öncəki müsahibəsində Ukraynanın ilk prezidenti bildirmişdi ki, V.Yanukoviçin ölkəsinə qarşı “ən dəhşətli əməli” onun Rusiya lideri V.Putini Ukrayna ərazisinə qoşun yeritməyə çağırması olub...

P.S. SSRİ-nin dağıdılmasında iştirak etmiş Kravçukun Ukraynanı dağıtmağa başlamış Yanukoviçlə birgə kef etməsi təəccüblü deyil...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.