Putin nazir müavininə əsəbləşdi:“Məsələ bu qədərmi çətindir?" + Video

17-08-2017, 08:43           

Rusiya lideri Vladimir Putin Kremldə keçirilən toplantı zamanı Maliyyə nazirinin müavini Andrey İvanovu danlayıb.

Toplantı zamanı Kreml rəhbəri İvanovdan rublla gömrük vergisinin hesablanması barədə hansı işlərin görüldüyünü soruşub.

Nazir müavini isə işlərin hələ də davam etdiyini və biraz çətinliklərin olduğunu bildirib.

Bu cavabı alan Putinin əsəbiləşdiyi hiss edilib: “Məsələ bu qədərmi çətindir? Problem yoxdursa, həll edin”.

Prezidentin reaksiyasını görən İvanov işlərin tez bir zamanda yekunlaşacağını bildirib/Axar.az.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru