Rusiya İŞİD-i mühasirəyə aldı – Mühüm əməliyyat

18-08-2017, 15:43           
Rusiya İŞİD-i mühasirəyə aldı – Mühüm əməliyyat
Suriyada hökumət qüvvələri Rusiya ordusu ilə birliktə böyük bir terrorçu qrupunu mühasirəyə alıb.

Axar.az xəbər verir ki, Xama əyalətində aparılan əməliyyatlar barəsində Rusiya Müdafiə Nazirliyindən informasiya verilib.

Hökumət qüvvələri ruslarla bir yerdə mühüm məntəqələri ələ keçirdikdən sonra terrorçuların sonuncu silah və təchizat təminatı marşrutu növbəti hədəf kimi seçilib. Terrorçular kiçik qruplar halında mühasirə həlqəsini yararaq Deyr əz-Zor istiqamətində qaçmağa çalışsa da, Rusiya qoşunlarının 24 saat ərzində havadan kəşfiyyat aparması onların hərəkətinə əngəl olub.

Qeyd edək ki, Rusiya ordusunun dəstəyi ilə Suriyada hökumət qüvvələri terrorçu mövqelərinə ağır zərbələr endirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru