Trampın 1 “tweet”i ilə Amazon 6 milyard dollar itirdi

18-08-2017, 15:45           

ABŞ prezidenti Donald Trampın yazdığı “tweet” Amazon şirkətinin 6 milyard dollar itirməsi ilə nəticələnib.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Trampın seçki kampaniyası ilə əlaqədar tənqidi məqalələr yayımlayan “Washington Post” qəzeti və Amazon şirkətinin sahibi Ceff Bezosdur. Bu səbəbdən ABŞ prezidentinin Amazon şirkətini hədəf aldığı deyilir. Amazonu vergi ödəməməkdə ittiham edən prezident bu faktın kiçik sahibkarlara zərər verdiyini və insanların işini itirmələrinə səbəb olduğunu bildirib.

460 milyard dollar dəyərə sahib olan şirkət üçün 6 milyard dollar ciddi zərbə hesab edilmir, lakin ölkə prezidenti ilə qarşıdurma davam etsə, daha böyük itkilərin olacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru